"Traktor": "Türkiyə və Azərbaycan Cənubi Azərbaycanı qorumalıdır"

"Traktor": "Türkiyə və Azərbaycan Cənubi Azərbaycanı qorumalıdır"
Futbol, Foto
318
15 İyun 2025 - 17:03

Supersport.Az-ın məlumatına görə, İsrail İranı raket zərbələriylə vurub, bombardman edərək, mülki insanları da öldürüb.


Terrorçu yəhudilər çirkin əməllərini icra edirlər.


İranın hərbi bazalarıyla yanaşı, Təbrizin və Tehranın yaşayış məntəqələri vurulub.


Təbrizdə 30-dan çox insan ölüb, 55-i yaralanıb. Bunlar sırasında azərbaycanlılar da var.


Cənubi Azərbaycan çempionu "Traktor" Futbol Klubu müharibəylə növbəti bəyanatı yayıb, Türkiyə və Azərbaycanı köməyə səsləyib:


"İl 100 il əvvəl deyil, 2025-ci ildir. Türkiyə və Azərbaycan bu gün çox güclü mövqedədir. İranda ola biləcək çöküş durumunda Türkiyə və Azərbaycan Cənubi qorumalıdır. Cənubi Azərbaycan xalqı son 100 ildə Pəhləvi dövründən bugünə qədər İrandakı faşist rejimlərdən kifayət qədər zülm və təzyiqə məruz qalıb.


İndi zaman dəyişib. Bu gün bəzi dairələr Pəhləvini yenidən hakimiyyətə gətirmək üçün planlar qurur, lakin bu, sadəcə, xəyaldır. Çünki Azərbaycan xalqı nə Pəhləvini, nə də indiki rejimi dəstəkləyir.


Ona görə də bir daha vurğulamaq lazımdır: İranda ola biləcək çöküş zamanı Türkiyə və Azərbaycan, Cənubi Azərbaycana mütləq sahib çıxmalı və xalqı qorumalıdır".




Digər xəbərlər