Qurban Qurbanov: "Bodo Qlimt"ə təcrübəyə gedərəm" - Video

Supersport.Az Avropa Liqasının Liqa mərhələsində "Bodo Qlimt"i səfərdə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bu komanda haqda fikirlərini videogörüntüyə alıb. Mütəxəssis "Bodo"nun yarımfinala layiq olduğunu, hətta ora təcrübəyə getmək istədiyini bildirib.
"Budo Qlimt" Avropa Liqasında yarımfinala çıxmağa layiq idi. Qalib gəlməyimizə baxmayaraq mənim diqqətimi cəlb edən komanda olmuşdu. Adlı-sanlı klublara 3-4-5-6 qol vurublar. Ələlxüsus, öz meydanlarında yaxşı oynayırlar. Özlərinə xas olan futbol fəlsəfələri var. Vaxtım olsa, ora təcrübəyə də gedərəm. Belə ortabab klubların bu yerlərə gəlib çıxması həmişə diqqətimi cəlb edir. Yarımfinala "Tottenhem"lə düşdülər. "Budo Qlimt"in yolu bizim keçən ilki Avropa yolumuza oxşadı. Sadəcə biz son dəqiqələrdə "Bayer"ə məğlub olduq. Bizim də yarımfinala çıxmaq şansımız var idi. Bizim qarşıladığımız rəqiblərdən biri finalda olacaq. Hər ikisinə uğurlar arzulayıram".