Qurban Qurbanov: "Planşetə penalti epizoduna görə təpik vurdum" - Video

Qurban Qurbanov: "Planşetə penalti epizoduna görə təpik vurdum" - Video
Futbol, Eksklüziv, Video
394
03 Aprel 2025 - 16:00

Supersport.Az Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Araz-Naxçıvan"a penalti qoluyla məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bəzi fikirlərini videogörüntüyə alıb. 


- Avrokubok oyunlarında "Qarabağ"a qarşı yanlış qərarlar verilib. Amma heç vaxt bu qədər aqressiv olmamısız. Belə fikir yaranır ki, Qurban Qurbanov sanki yerli komandalara məğlub olmağı bacarmır...

- - Yox, niyə ki? Dəfələrlə məğlub olmuşam və özümü normal aparmışam. İnsanıq da, aqressiya olur. Ola bilər ki, epizod penalti idi. Deyirlər ki, penalti kosmosdan görünməlidir. Mən də istəyirəm ki, oyun daha sürətli, dinamik getsin. Oyunda pauza həddindən çox oldu. Hakim də öz ritmini itirir. Yerli komandalara məğlubiyyəti qəbul etməməyimlə bağlı fikri qəbul etmirəm. Əksinə, çox istəyərəm ki, hər komanda "Qarabağ"a qalib gəlsin və o klubun rəhbərliyində futbola sevgi daha da çox olsun, maraq böyüsün. Biz də insanıq, ömür boyu sakit ola bilmərik.

- - Penalti epizodunu necə şərh edərdiniz?

- Planşetə penalti epizoduna görə vurdum. Onu da gördüz, gözdən qaçırmadız. Nəisə.

.

Digər xəbərlər