"Qarabağ"a "Araz", "Sabah"a "Neftçi" rəqib oldu

"Qarabağ"a "Araz", "Sabah"a "Neftçi" rəqib oldu
Futbol
512
28 Fevral 2025 - 21:53

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.


Supersport.Az saytının məlumatına görə, ikinci oyun günündə daha 2 matç keçirilib.


Əvvəlcə "Zirə" öz meydanında "Araz-Naxçıvan"ı qəlub edib. İlk matçda 1:0 hesavı ilə qalib gələn Naxçıvan klubu cavab görüşündə də qələbə qazanmaqla yarımfinala adlayıb. "Araz" finala gedən yolda "Qarabağ"la üz-üzə gələcək.


Günün digər matçında isə "Neftçi" "Kəpəz"lə qarşılaşıb. Rəqibini ikinci matçda da üstələyən flaqman adını yarımfinala yazdırıb. Bu mərhələdə "Neftçi" "Sabah"la qüvvəsini sınayacaq.


Azərbaycan Kuboku


1/4 final, cavab oyunları


28 fevral


“Neftçi” - “Kəpəz” - 1:0


Qol: Bassala Sambu, 27


Qırmızı vərəqə: Bassala Sambu, 61 ("Neftçi")

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov


"Neftçi Arena".


İlk oyun - 2:0


"Zirə” - “Araz-Naxçıvan” - 0:2


Qollar: Felipe Santos, 3-pen; 45-pen


Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu


Zirə İdman Kompleksinin stadionu


İlk oyun - 0:1.


27 fevral

“Sumqayıt” - “Sabah” - 0:4


İlk oyun - 0:0.


“Qarabağ” - “Səbail” - 3:1


İlk oyun - 1:0

Digər xəbərlər