Qurban Qurbanovun ilk məşqçisi: "Qurban Qurbanovdan öyrənirəm" - Video

Qurban Qurbanovun ilk məşqçisi: "Qurban Qurbanovdan öyrənirəm" - Video
Futbol, Eksklüziv, Video
394
02 Oktyabr 2024 - 09:25

Supersport.Az-a açıqlamasında "Qarabağ"ın məşhur baş məşqçisi Qurban Qurbanovun ilk məşqçisi, "Zaqatala"nın prezidenti Şaban Şirdanov keçmiş yetirməsinin klubunun Avropa yarışında çıxışına toxunub.


64 yaşlı mütəxəssis, qitə turnirlərinin son 3 matçında məğlubiyyətlə üzləşən Qurban Qurbanovun komandasının çətin vəziyyətdən çıxacağına, qələbələr qazanacağına inandığını bildirib. Ş.Şirdanov deyib ki, bu gün Qurban Qurbanovdan nəsə öyrənir: "Qarabağ"ın, Qurban Qurbanovun hansı səviyyədə olduğu, Avropa yarışlarında uğurları göz önündədir. Bu gün mən Qurban Qurbanovdan nəsə öyrənirəm".

Mütəxəssis, "Qarabağ"ın futbolçularının "Tottenhem"lə matçda qol imkanlarını boşa verməsini ustalıq səviyyəsiylə şansızlıqla əlaqələndirib.

Digər xəbərlər