İlham Əliyev UEFA-ya etiraz etdi

İlham Əliyev UEFA-ya etiraz etdi
Futbol
219
06 İyul 2024 - 20:30

Azərbaycan prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib.

Supersport.Az xəbər verir ki, ölkə başçısı Türkiyə milli komandasına Avro-2024-də 1/4 finala yüksəlməsi münasibətilə təbrik sözlərini çatdırıb. 

İlham Əliyev həmçinin, Avstriya ilə matçda "bozqurd" işarəsi göstərdiyi üçün Merih Demirala verilən 2 oyunluq cəzanın ədalətsiz olduğunu bildirib:

"Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Niderlandla oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!"

Digər xəbərlər