Eksklüziv: Qurban Qurbanov hirsləndi, tənqid etdi, qadağalar qoydu: "Heç kimə güzəşt etməyəcəyəcəm"

Eksklüziv: Qurban Qurbanov hirsləndi, tənqid etdi, qadağalar qoydu: "Heç kimə güzəşt etməyəcəyəcəm"
Futbol, Eksklüziv
555
04 Oktyabr 2024 - 20:33

Supersport.Az-ın əldə etdiyi eksklüziv məlumata görə, Avropa yarışlarında ardıcıl 4 məğlubiyyətlə üzləşən "Qarabağ" Futbol Klubu fövqəladə iclas keçirib.


Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov  bu gün "Ruslan-93" idman kompleksində təşkil etdiyi təcili toplantı zamanı futbolçulara bərk qəzəblənib.


Təcrübəli mütəxəssis, futbolçuları sərt tənqid edib, məğlubiyyətlərdən dərs almağı tapşırıb, onlara bəzi qadağalar da qoyub və heç kimə güzəşt edilməyəcəyini  bildirib.


Xatırladaq ki, dünən Avropa Liqasının liqa mərhələsinin ikinci turunda "Malmö"yə də məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bəzi futbolçularından gileylənib, onların formalarından uzaq, az istəkli  olduqlarını söyləyib.

Digər xəbərlər