Biabırçı "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk istefa vermədi: "Bu məğlubiyyət faciə deyil"
Supersport.Az Azərbaycan Premyer Liqasının 9-cu turunda son pillədə qərarlaşan "Kəpəz"ə də məğlub olan "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk istefa vermək istəməyib.
"Hazırda nəsə deyə bilmirəm. Bu cür oyunları dəqiqliklə təhlil edib danışmaq lazımdır. Elə durumdayam ki, inanmıram ki, bu mənim başıma gəlir. Sanki yuxudayam. Ona görə də bu oyunun təhlilini ertələyirəm.
-
- Hələ bir dəqiqəmi belə buna həsr etməmişəm. Oyunun sonları ilə bağlı bəzi şərhlər vermək istəyirəm. Azarkeşlər mənim ünvanıma heç də yaxşı olmayan sözlər deyirdi. Mən onlardan incimirəm. Onlara bu qədər səbr etdikərinə görə təşəkkür edirəm.
Bu məğlubiyyətdir, faciə deyil. Çox məyus olmuşam. Baş verənlərə inana bilmirəm. İstefa məsələsini burada müzakirə etməyi doğru saymıram".