"Roman Qriqorçukla Kamil Məmmədov "Neftçi"dən kənarlaşdırılmalıdır" - Video
Supersport.Az Azərbaycan Premyer Liqasında bərbad çıxış edən "Neftçi"nin indiki vəziyyətilə bağlı jurnalist Ceyhun Rüstəmovun fikirlərini videogörüntüyə alıb.
Media nümayəndəsi hesab edir ki, baş məşqçi Roman Qriqorçukla idman müşaviri Kamil Məmmədov klubu tərk etməlidir.
Jurnalistin fikrincə, hər iki şəxs futbolçu seçimində də ciddi səhvlərə veriblər, uğursuzluqda əsas günahkardırlar. O, yeni rəsmilərdən biri Cenk Sümərin də fəaliyyətindən narazıdır.
Rüstəmov, türk yox, yerli baş məşqçinin komandaya gətirilməsinin vacibliyini qeyd edib.
Xatırladaq ki, Supersport.Az 8-ci turda "Sumqayıt"la öz meydanında heç-heçəyə razılaşan "Neftçi"nin idman müşaviri Kamil Məmmədovun Sumqayıt klubunun baş məşqçisi Samir Abbasovla danışıqlar aparmasını videogörüntüyə alaraq, paytaxt komandasının Roman Qriqorçuku yola salmaq niyyətində olduğunu qeyd etmişdi. "Kəpəz"ə məğlubiyyətin ardından ukaynalı məşqçi Bakı təmsilçisindən istefa vermək fikrini rəhbərliyə çatdırıb.
Hazırda "Neftçi" 9 turdan qələbəsiz 5 xalla 10 klub sırasında 9-cudur.