"Qarabağ" beynəlxalq turnirdə lider olaraq finalda

"Qarabağ" beynəlxalq turnirdə lider olaraq finalda
Futbol
383
06 İyul 2024 - 15:45

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın U-16 komandası Estoniyada təşkil olunan beynəlxalq turnirdə qrupda birinci pillədədir. 


Azərbaycan klubu ilk matçda Latviyanın "Auda" komandasına 4:1, ardından İsveçin "Hässelby" klubunu 4:0, sonra Portuqaliya təmsilçisi NF Akademia-nı 2:1, bu gün isə İsveçin "Jarlabergs" kollektivini 3:2, Estoniyanın "Olymp"ini 4:1 hesabıyla məğlub edib.


Rəşad Sadiqovun baş məşqçisi olduğu "Qarabağ" 5 oyunda maksimum nəticə qazanaraq 7 komanda sırasında 15 xalla liderdir. 


Ağdam klubu finala vəsiqə qazanıb.




Digər xəbərlər