İspaniyaya fransızlar rəqib oldu

İspaniyaya fransızlar rəqib oldu
Futbol
280
06 İyul 2024 - 01:47

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 final oyunlarına start verilib.

Supersport.Az xəbər verir ki, günün ilk matçında İspaniya və Almaniya yığmaları qarşılaşıb.

Erkən final kimi xarakterizə olunan görüş Ştutqart şəhərindəki "MHP Arena"da keçirilib. 

Oyunun əsas vaxtı 1:1 bitdiyi üçün əlavə vaxt oynanılıb.

İspaniya 2:1 hesablı qələbə qazanıb.

Növbəti qarşılaşmada isə Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışıblar. Oyunun əsas və əlavə vaxtında qalib müəyyən olunmayıb. Penaltilər seriyasında fransızlar dəqiq olublar. 

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da baş tutacaq.

AVRO-2024

1/4 final

5 iyul

20:00. İspaniya - Almaniya 2:1

Qol: Olmo 51, Merino 119 - Virts 89

Qırmızı vərəqə: Karvahal 120.

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart, "MHP Arena".

23:00. Portuqaliya - Fransa 0:0 (penaltilər 3 :5)

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Folksparkştadion".

Digər xəbərlər