"Zirə" "Qarabağ"la oyunda yaxşı nəticə qazandı

"Zirə" "Qarabağ"la oyunda yaxşı nəticə qazandı
Futbol, Eksklüziv
176
04 İyul 2024 - 16:35

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasında təmsilçimiz "Qarabağ" Avropa Liqasında iştirak edəcək "Zirə"ylə yoxlama oyununda qüvvəsini sınayıb.


Dünən mətbuata qapalı keçirilən matç gərginliyilə yadda qalıb və qapılara 6 qol vurulub. "Zirə" hesabda irəlidə olsa da, "Qarabağ" məğlubiyyətdən qaça bilib. Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun 3:3 hesabıyla başa çatıb. 


Qeyd edək ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda "Zirə" iyulun 11-də Moldovada "Şerif"in qonağı olacaq. 



Digər xəbərlər