Türklərə fransız hakim mane oldu - Foto

Türklərə fransız hakim mane oldu - Foto
Futbol
492
07 İyul 2024 - 00:55

Futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında oynanılıb. İngilislər penaltilərlə 5:3 hesablı qalib gəlib.

İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1, İsveçrə isə İtaliya seçməsini 2:0 hesabı ilə məğlub edərək bu mərhələyə yüksəlib.


Türkiyə millisi 1/4 finalın son qarşılaşmasında Niderlandla qarşılaşıb. Türklər hesabı açıb, sonra 2 qol buraxıb.


Fransalı referi Klement Turpin niderlandlılara simpatiya bəsləyərək türk futbolçunun qolkiperlə təktəbətək çıxmasının badalaqla qarşısını alan oyunçunu meydandan qovmayıb. Turpin matçın əvvəli Simonsun Mert Müldürə qarşı qırmızı vərəqəlik hərəkətinə göz yumub , bəzi epizodlarda qalib komandanın futbolçularını sarı vərəqəylə cəzalandırmayıb.

AVRO-2024

1/4 final

6 iyul

20:00. İngiltərə - İsveçrə 1:1 (5:3-penaltilər)

Qollar: Saka 80 - Embolo 75

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

23:00. Niderland - Türkiyə 2:1 

Qollar: Stefan De Vrey 70, Qakpo 76 - Samet Akaydın 35

Qırmızı vərəqə: Bertuğ Yıldırım 90

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.

Digər xəbərlər