Fransa, Portuqaliya növbəti raundda

Fransa, Portuqaliya növbəti raundda
Futbol
150
02 İyul 2024 - 01:51

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün növbəti 1/4 finalçılar müəyyənləşib.
 
Supersport.Az-ın məlumatına görə, günün ilk qarşılaşması Düsseldorfdakı "Esprit Arena"da Fransa və Belçika milliləri arasında keçirilib. Fransızlara qapını səhv salan belçikalı Y.Vertongen qələbə qazandırıb. 



Bakı vaxtı ilə saat 23:00-da isə “Frankfurt Arena”da Portuqaliya və Sloveniya yığmaları qüvvələr nisbətinə aydınlıq gətiriblər. Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında portuqaliyalılar 3:0 hesabına seviniblər.

Oyunun 105-ci dəqiqəsində Kriştiano Ronaldo penaltini qaçırdığı üçün ağlayıb.


AVRO-2024

1/8 final

1 iyul

20:00. Fransa - Belçika 1:0


Qol: Yan Vertongen 85-avtoqol


Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

23:00. Portuqaliya - Sloveniya 0:0 (3:0-penaltilərlə)

Baş hakim: Daniel Orsato (İtaliya).

“Frankfurt Arena”.

Digər xəbərlər