"Qarabağ"la müqavilə bağlamaq fikrim yoxdur"

"Qarabağ"la müqavilə bağlamaq fikrim yoxdur"
Futbol
1656
30 İyun 2024 - 15:47

"Şaxtyor"la bu gün müqaviləsi bitən Aleksey Kaşuk "Qarabağ"a keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. 


Supersport.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, mətbuatda yazılanların yalan olduğunu deyib: 


“Mətbuat mənimlə bağlı yanlış xəbərlər yayıb. Mən "Qarabağ"la müqavilə imzalamamışam və belə bir fikrim də yoxdur. Hazırda fərqi qaydada Kiyevdə məşq edir və növbəti mövsümə hazırlaşıram. Gələn təklifləri dəyərləndirəcəm". 


Qeyd edək ki, Aleksey Kaşuk 2022/23-cü illər mövsümündə “Sabah” klubunun şərəfini qoruyub. Ukraynalı futbolçuyla İspaniya, Almaniya və İtaliya klubları maraqlanır. 24 yaşlı Kaşukun qiyməti 1.8 milyon avrodur. Futbolçu ötən mövsüm 12 oyunda 4 qol vurub, 1 effektli ötürmə verib. 



Digər xəbərlər