"Qarabağ" Abdullah Zubirlə yeni müqavilə imzaladı

"Qarabağ" Abdullah Zubirlə yeni müqavilə imzaladı
Futbol
227
29 İyun 2024 - 22:27

Supersport.Az xəbər verir ki, "Qarabağ" müqaviləsi bir neçə gündən sonra başa çatacaq Abdullah Zubirlə yeni müqavilənin şərtlərini razılaşdırıb.


Yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb.


Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi komandamızda 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.


Digər xəbərlər