İngilislərlə ispanlar sürprizə imkan vermədilər - Foto

Bu gün Avro-2024-də 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Supersport.Az xəbər verir ki, İngiltərə millisi Slovakiya ilə oyunda son anda məğlubiyyətdən qaçıb. Oyunun sonlarında cavab qolunu vuran ingilislər əlavə vaxtda da 2-ci qolu vuraraq növbəti mərhələyə vəsiqə qazanıblar.
İspaniya isə Gürcüstanla qarşılaşıb. İspanlar da hesabda geri düşsələr də, sürprizə imkan verməyiblər.
İspaniya gürcüləri 4:1 hesabıyla məğlub edib.
Avro-2024
1/8 final
30 iyun
20:00. İngiltərə - Slovakiya 2:1
Qollar: Bellingem 90+5, Keyn 91 - Şrants 25
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Veltins-Arena, Helzenkirhen
23:00. İspaniya – Gürcüstan 4:1
Qollar: Rodri 39, Fabian Ruis 51, Uilyams 75, Olmo 83 - Le Norman 18 (avtoqol)
Baş hakim: Fransua Leteksye (Fransa)
Reyn-Enerji Stadionu, Köln

