"Qarabağ" dünya reytinqində yüksəldi
Futbol
312
07 İyul 2024 - 12:45
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Supersport.Az IFFHS-nin rəsmi saytına istinadla xəbər verir ki, 504 komandanın olduğu siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.
Qarabağ" 191,25 xalla 14 pillə irəliləyərək 39-cu yerdədir. Ağdam klubu "Feyenoord", "Viktoriya Plzen", "Yuventus", "Mançester Yunayted" və başqa məşhur klubları geridə qoyub.
"Zirə" (62,25 xal, +8) 361-ci, "Sabah" (60,75 xal, +9) 379-cu, "Neftçi" (59,25 xal, +6) isə 397-ci pillədədir.
Qeyd edək ki, dünya reytinqində lider Çempionlar Liqasının qalibi "Real Madrid"dir (371 xal). "Mançester Siti" (369 xal) ikinci, "Bayer" (355 xal) üçüncü pilləyə geriləyib.