"Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satıldı

"Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satıldı
Futbol
119
21 Oktyabr 2024 - 17:14

Supersport.Az xəbər verir ki, UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa bilet satışı davam edir.


Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.


Oktyabrın 24-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.


VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.


🗃 Satış məntəqələri:


📍 iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);


📍 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;


📍 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;



Digər xəbərlər