"Neftçi" ilk qələbəsini "Səbail" üzərində qazandı 

"Neftçi" ilk qələbəsini "Səbail" üzərində qazandı 
Futbol
249
19 Oktyabr 2024 - 19:49

Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları davam edir.


Supersport.Az xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib.


"Şamaxı" öz meydanında "Araz-Naxçıvn"la üzləşib. Naxçıvan klubu 1 qolla qalib gəlib.


"Neftçi" isə "Səbail"i qəbul edib. Meydan sahibi komanda bu mövsüm qələbəyə həsrət idi. Uğursuz çıxış səbəbindən Roman Qriqorçuk yola salınıb, yeni baş məşqçi Samir Abasov gətirilib. "Neftçi" 9 turdan 5 xalla 9-cu pilləni tuturdu. Abasovun komandası Şahin Diniyevin klubunu 3:1 hesablı məğlub edib. "Neftçi" 8 xalla 7-ci pilləyə qalxıb.


Azərbaycan Premyer Liqası


19 oktyabr (şənbə)


“Şamaxı” – “Araz-Naxçıvan” 0:1

Qol: Felipe Santos 72

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı 

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Şamaxı şəhər stadionu, 15:30


“Neftçi” – “Səbail” 3:1

Qollar: Ramil Şeydayev 45+3, Dembo Darbo 58, 67

Qırmızı vərəqə: Edvin Kuç 81 ("Neftçi")

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Seymur Səlimli

“Neftçi Arena”, 18:00


Dünən "Qarabağ" səfərdə "Kəpəz"ə 5:0 hesablı qalib gəlib.


KlublarOQHMVQBQTFX
1
club logo
9801256+1924
2
club logo
9621129+320
3
club logo
9531126+618
4
club logo
8503146+815
5
club logo
94321915+415
6
club logo
933388012
7
club logo
10154916-78
8
club logo
102171520-57
9
club logo
9216611-57
10
club logo
10109629-233

Digər xəbərlər