Qurban Qurbanov: "Mənə kim sifariş edə bilər ki?" - Video

Qurban Qurbanov: "Mənə kim sifariş edə bilər ki?" - Video
Futbol, Video
185
20 Oktyabr 2024 - 21:39

Supersport.Az "Kəpəz"i məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun millinin idman direktoru İlqar Qurbanovun fikirlərinə münasibətinin videogörüntüsünü təqdim edir.

"İlqar Qurbanov verilişdə bildirib ki, əvvəllər milli komandaya sifarişlə futbolçular dəvət olunurdu. Siz də millinin baş məşqçisi olmusunuz. Sizin dövrünüzdə belə hal olub" sualını mütəxəssis belə cavablandırıb.


"Məni düz anlayın. Mən qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar sovet düşüncəsidir. Bacarıqlı futbolçuya görə heç kim zəng etmir. Mən belə şey görməmişəm, şahidi olmamışam. Belə fikirlər insanları futboldan uzaqlaşdırır. Mənə kim sifariş edə bilər ki? Verilişə baxmamışam. İlqarı görəndə soruşaram. Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağrılıb".

Digər xəbərlər