Mahir Emrelidən alman klubunda ilk qol - Foto-Video

Mahir Emrelidən alman klubunda ilk qol - Foto-Video
Futbol, Video
336
20 Oktyabr 2024 - 17:35

Almaniya 2-ci bundesliqasında 9-cu turun oyunları keçirilir.


Supersport.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” derbidə səfərdə “Qroyter”lə qarşılaşıb.


Mahir start heyətdə meydana çıxıb və 13-cü dəqiqədə təxminən 25 metrlik məsafədən gözəl qol vurmaqla hesabı açıb. Bu, onun Almaniya çempionatında ilk qoludur. 18 və 34-cü dəqiqələrdə “Nürnberq” Tzimasnıb qolları ilə daha 2 dəfə fərqlənib. 87-ci dəqiqədə qonaqlar Şlyaymerin qolu ilə matçda son nöqtəni qoyublar - 4:0. 


62-ci dəqiqədə Emreli Benjamin Qollerlə əvəzlənib.


Bu qələbəylə "Nürnberq" xalını 13-ə çatdırıb və 9-cu pilləyə yüksəlib.


Digər xəbərlər