"Turan"dan Sumqayıtda qələbə, Zirədə qalib olmadı

"Turan"dan Sumqayıtda qələbə, Zirədə qalib olmadı
Futbol
146
20 Oktyabr 2024 - 21:57

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tur yekunlaşıb. 


Supersport.Az xəbər verir ki, son oyun günündə "Sabah" "Zirə"nin qonağı olub. 


Zirə Olimpiya İdman Kompleksində keçirilən görüşdə qalib müəyyənləşməyib. 


Turun son görüşü isə Sumqayıtda baş tutub. "Sumqayıt" çempionatın favoritlərindən olan "Turan Tovuz"a məğlub olub.


Azərbaycan Premyer Liqası

20 oktyabr


"Zirə” – “Sabah” 1:1

Qollar: Papunaşvili 90+2 - Sekidika 7

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

Zirə Olimpiya İdman Kompleksi.


"Sumqayıt" - "Turan Tovuz" 2:4 


Qollar: Vuynoviç 34, Kamran Quliyev 87 - Serrano 16, Otto Con 25, Veysəl Rzayev 26, Aleks 78


Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev

VAR: Cavid Cəlilov

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Digər xəbərlər