Qurban Qurbanov: "Mənə kim sifariş edə bilər ki?"

Qurban Qurbanov: "Mənə kim sifariş edə bilər ki?"
Futbol
277
18 Oktyabr 2024 - 21:47

Supersport.Az xəbər verir ki, "Kəpəz"i məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov millinin idman direktoru İlqar Qurbanovun fikirlərinə münasibət bildirib.

"İlqar Qurbanov "Sabaha saxlamayaq" verilişində bildirdi ki, əvvəllər milli komandaya sifarişlə futbolçular dəvət olunurdu. Siz də millinin baş məşqçisi olmusunuz. Sizin dövrünüzdə belə hal olub" sualını mütəxəssis belə cavablandırıb.

"Məni düz anlayın. Mən qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar sovet düşüncəsidir. Bacarıqlı futbolçuya görə heç kim zəng etmir. Mən belə şey görməmişəm, şahidi olmamışam. Belə fikirlər insanları futboldan uzaqlaşdırır. Mənə kim sifariş edə bilər ki? Verilişə baxmamışam. İlqarı görəndə soruşaram. Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağrılıb".

Digər xəbərlər