Eksklüziv: AFFA rəhbərliyi bu şəxsi kənarlaşdıracaq

Eksklüziv: AFFA rəhbərliyi bu şəxsi kənarlaşdıracaq
Futbol, Eksklüziv
252
21 Oktyabr 2024 - 12:00

Supersport.Az AFFA-yla bağlı özəl məlumatları əldə etməkdə davam edir. 


Saytımıza məlumatlı mənbədən bildirilib ki, qurum bu şəxsi kənarlaşdıra bilər.


AFFA rəhbərliyi bu dəfə texniki direktor Cahangir Həsənzadəni yola salmağa qərar verəcək.


Qeyd edək ki, sentyabrın 13-də AFFA İcraiyyə Komitəsinin iclasında qurumun texniki direktoru Cahangir Həsənzadə aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabat verib. Toplantıda aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləri Aqil Nəbiyev (U-16), İlham Yadullayev (U-17), Füzuli Məmmədov (U-18) və Elxan Abdullayevin (U-19) müqavilə müddətinin 2025-ci il yanvarın 1-dək uzadılması qərara alınıb.

Müxtəlif yığmalar beynəlxalq yarışlarda biabırçı çıxışı davam etdiriblər.



Digər xəbərlər