"Ayaks" "Neftçi Arena"nı seçdi

"Ayaks" "Neftçi Arena"nı seçdi
Futbol
345
21 Oktyabr 2024 - 13:01

Supersport.Az xəbər verir ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.


Azərbaycan klububun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 23-də saat 13:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.


Qonaq komandanın baş məşqçisi Françesco Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransına saat 18:00-da start veriləcək. Niderland təmsilçisinin “Neftçi Arena”da keçiriləcək ilk 15 dəqiqəsi açıq olacaq məşqi 12:45-də başlayacaq.

 

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü saat 20:45-də başlayacaq.



Digər xəbərlər