Hidayət Heydərov yapon rəqibini udub dünya çempionu oldu - Video

Hidayət Heydərov yapon rəqibini udub dünya çempionu oldu - Video
Olimpiya, Digər, Eksklüziv, Video
723
21 May 2024 - 01:32

Supersport.Az xəbər verir ki, Azərbaycan 11 ildən sonra cüdo üzrə dünya çempionatında qızıl medal qazanıb.


Mayın 20-də Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında -73 kq. çəki dərəcəsində Dünya reytinqində ilk pillədə qərarlaşan "Neftçi" İdman Klubunun üzvü Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən birinci yeri  qazandırıb. Sonuncu dəfə bu titulu 2013-cü ildə Braziliyada keçirilən dünya çempionatında Elxan Məmmədov əldə edib.


Çempionat boyu Heydərov gərgin mübarizədə Kosovo, Braziliya və Almaniya təmsilçiləri üzərində qələbə qazanıb. Finalda o, hazırkı Asiya çempionu Tatsuki İşihara ilə qarşılaşıb. Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki vazari xalı ilə önə keçib. Hidayət vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib və Azərbaycan bayrağını dalğalandırıb.


İlk dəfə Dünya çempionatında finalda mübarizə aparan Heydərov bundan əvvəl bu turnirdə üç bürünc medal qazanıb. Bundan əlavə, bu il o, Zaqrebdə keçirilən Avropa çempionatında dördüncü dəfə Avropa çempionu titulunu təmin edib. Belə ki, o, artıq həm Dünya, həm də dördqat Avropa çempionu kimi 2024 Paris Yay Olimpiya Oyunlarını fəth etməyə hazırdır.



Digər xəbərlər