Ərdoğandan Şenol Günəşə zəng - türk mütəxəssisin qazancı açıqlandı

Ərdoğandan Şenol Günəşə zəng - türk mütəxəssisin qazancı açıqlandı
Futbol
02 Mart 2019 - 00:47
Supersport.Az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli komandasının yeni baş məşqçisi Şenol Günəşə zəng edərək təbrikini çatdırıb. Dövlət başçısı mütəxəssisə uğurlar arzulayıb.

Şenol Günəşin alacağı maaş açıqlanıb.

Türkiyə Futbl Federasiyasıyla 4 il anlaşan mütəxəssis illik 3.2 milyon avro qazanacaq. 66 yaşlı məşqçi mükafatlar nəzərə alınmadan ümumilikdə 12.8 milyon avro alacaq.

Şenol Günəş "Beşiktaş"da illik 2.3 milyon avro qazanırdı.

 

 

Digər xəbərlər