"Liverpul"dan rekord qazanc

"Liverpul"dan rekord qazanc
Futbol
08 Fevral 2019 - 21:33
Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının lideri "Liverpul" bir il ərzində dünyada rekord gəlir əldə edib.

Klubun yaydığı xəbərdə 31 may 2018 tarixinə kimi 125 milyon sterlinq qazanc olduğu bildirilib.


İngiltərə mətbuatı bu rəqəmin dünya rekordu olduğunu yazıb.


Ötən mövsüm Çempionlar Liqası finalında oynayan və UEFA-dan 72 milyon sterlinq alan, yanvarda braziliyalı Filip Koutinyonu 142 milyona "Barselona"ya satan "Liverpul", illik gəlirni 90 milyondan 455 milyon sterlinqə artırıb.

Digər xəbərlər