Rafael Ağayev: "Tokio Olimpiadasında sürpriz etmək istəyirəm" - Video

Rafael Ağayev: "Tokio Olimpiadasında sürpriz etmək istəyirəm" - Video
Eksklüziv, Video
08 Fevral 2019 - 20:21
"Tokio Olimpiadasına gedən yol" rubrikası

Supersport.Az-a açıqlamasında 5 qat dünya və 12 dəfə Avropa çempionu Rafael Ağayev fikirlərini bildirib.

Məşhur karateçi, zədəli olsa belə ölkəmizə uğur qazandırmağın vacibliyini qeyd edib:

"Zədəli olsam da, mötəbər yarışlarda ölkəmizə uğur qazandırmalıyam. İdmanda daim çempion olmaq alınmır. Biz robot deyilik".

Çempion, Tokio Olimpiadasına lisenziya əldə etməyin mühüm olduğunu da vurğulayıb:

"Tokio Olimpiadasına ilk növbədə lisenziya qazanmalıyam. Əsas rəqiblərim Yaponiya, İtaliya və İran idmançısıdır. Olimpiadaya lisenziya əldə etdikdən sonra sürpriz haqda danışmaq olar. Ölkəmizi mötəbər yarışlarda layiqincə təmsil etmək üçün yenə də bütün gücümü sərf edəcəyəm. Qəti arxayınlaşmaq olmaz, hər zaman ciddi hazırlaşmaq lazımdır".

Digər xəbərlər