Rafael Ağayevin yapon idmançıdan qisası alınmadı

Rafael Ağayevin yapon idmançıdan qisası alınmadı
Karate, Digər
27 Yanvar 2019 - 21:49
Supersport.Az-ın məlumatına görə, Fransa paytaxtı Parisdə Karate1 Premyer Liqa turnirinin qalibləri müəyyənləşib.

Beşqat dünya və 10 dəfə Avropa çempionu Rafael Ağayev (75 kq) "Pyer De Kuberten" stadionunun salonunda təşkil olunan yarışın ilk günündə 4 döyüşə çıxmışdı. Ağayev əvvəlcə Qulam-Abbas Saadini (Pakistan) 7:2, ardınca Enes Qaribovici (Xorvatiya) 2:0 hesabı ilə qalib gəlmişdi. İkinci qarşılaşma zamanı zədələnən karateçimiz, Yusey Sakiyamanı (Yaponiya) 1:1 hesablı heç-heçədən sonra hakimlərin qərarı ilə məğlub etməyi bacarmışdı - 5:0. Ali Asker Asiabari (İran) ilə yarımfinal görüşündə yenidən zədələnməsinə baxmayaraq Rafael yenə qələbə qazanmışdı - 2:1. Ardıcıl 4 qələbə ilə finala yüksələn Rafael Ağayev bu gün final qarşılaşmasında yaponiyalı Ken Nişimura ilə döyüşüb. Bir il əvvəl bu rəqibinə belə yarışda 1:2 hesablı məğlub olan idmançımız yenə uduzub: 0-1.

 

 

Digər xəbərlər