"Qarabağ"ın Riçard Almeydayla müqavilə bağladığı xəbəri

"Qarabağ"ın Riçard Almeydayla müqavilə bağladığı xəbəri
Futbol
09 Yanvar 2019 - 14:10
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" "Astana"da çıxış edən keçmiş futbolçusu Riçard Almeydanı geri qaytarıb.

Məsələ burasındadır ki, məşhur transfermarkt saytında millimizin futbolçusu Azərbaycan klubunun oyunçusu kimi göstərilib. Maddi böhran keçirən "Astana" Almeydayla müqaviləni qarşılıqlı razılaşmayla ləğv edərək, azad agent statusu verib.

"Qarabağ"ın braziliyalı yarımmüdafiəçiylə 2021-ci ilin 1 iyuluna kimi müqavilə bağladığı xəbəri də saytda əksini tapıb.

Hələ ki, klub bunu təsdiq etməsə də, yaxın günlərdə bu transferin reallaşacağı gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl Supersport.Az Riçardın Bakıda qısa səfərdə olaraq "Qarabağ"la danışıqlar apararaq, ölkəni tərk etdiyi xəbərini yaymışdı.  

Digər xəbərlər