Millimiz türk mütəxəssisin başçılığıyla məşqə başladı

Millimiz türk mütəxəssisin başçılığıyla məşqə başladı
Karate, Foto
08 Yanvar 2019 - 16:51
Supersport.Az-ın məlumatına görə, karateçilərimiz yeni mövsümün hazırlığına start verib. Bu məqsədlə Qəbələdə böyüklərdən ibarət milli komandanın təlim-məşqləri keçirilir. Türkiyəli baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev (kumite) və Vahid Ayvazovun (kata üzrə baş məşqçi) rəhbərliyi ilə hazırlıqlara milli komandanın əsas və əvəzedici heyəti qatılıb. Mövsümün ilk təlim-məşqləri 21 yanvarda başa çatacaq.

Karateçilərimiz ayın 23-də Fransaya, Karate1 Paris Premyer Liqasına yola düşəcəklər. Məlumatı Supersport.Az-a Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov verib.

Ilboyu milli komandamızı Paris, Dubay, Rabat, Şanxay, Tokio, Moskva və Madriddə  Premyer Liqa yarışları, Zalsburq, İstanbul, Monreal və Santyaqoda A seriyası turnirləri, həmçinin martın sonunda İspaniyanın Quadalaxara şəhərində 54-cü Avropa çempionatı gözləyir.

Karate1 seriyasından olan Premyer Liqa və A seriyası turnirləri daxil olmaqla, bu rəsmi yarışlar idmançılara dünya reytinqindən əlavə Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya verən reytinq xalları qazandırır.

 

Digər xəbərlər