Eksklüziv: AFFA-dan erməniləri rədd edən məşqçiyə 1 milyon avro

Eksklüziv: AFFA-dan erməniləri rədd edən məşqçiyə 1 milyon avro
Maqazin, Futbol, Eksklüziv
13 Dekabr 2018 - 00:31
Supersport.Az-ın məlumatına görə, millimizə yeni baş məşqçi axtarışına çıxan AFFA ermənilərə rədd cavabı verən mütəxəssislə maraqlanır.

Altı il Albaniya yığmasını çalışdıran Canni De Byazinin Azərbaycan seçmə komandasına gətirilməsi üçün danışıqların aparıldığı bildirilir.

İtaliyalı mütəxəssis albanları son Avropa çempionatı-2016-nın final mərhələsinə daşıyıb. 62 yaşlı məşqçiylə iki il əvvəl Ukrayna və bu il Ermənistan Futbol Federasiyası danışıqlar aparsa da, mənfi cavab alıb.

Supersport.Az-ın məlumatlı mənbədən əldə etdiyi xəbərə əsasən, AFFA italiyalı mütəxəssisə illik 1 milyon avro (1 milyon 925 min manat) verməyə hazırdır.

Bir il işsiz qalan məşqçi, təklif aldığını açıqlasa da, hansı yığmanın olduğunu gizlədib:

"Xarici ölkənin milli komandasını çalışdırmaqla bağlı təklif almışam və hazırda bunun həyəcanını yaşayıram".

Qeyd edək ki, Canni 2011-2017-ci illərdə Albaniya yığmasını çalışdırıb. Bu məşqçi İtaliyanın "Breşia", "Torino", "Uduneze", İspaniyanın "Levante" klublarının baş məşqçisi olub. "Alaves"də çalışdığı müddətdə iki aydan sonra istefaya göndərilib. Canni həm İtaliya, həm də Albaniya vətəndaşıdır. 

 

Digər xəbərlər