Azərbaycan Farer adalarından geridə

Azərbaycan Farer adalarından geridə
Futbol
29 Noyabr 2018 - 15:15
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Supersport.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə millimiz mövqeyində qalıb. Millətlər Liqasında Farer adalarını 2:0 udub, Kosovoya 0:4 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda bir xal itirərək (1206 xal) 107-ci yerdədir. Gürcüstan 1269 xalla 89-cu, Farer adaları 1238 xalla 98-ci, Ermənistan 1222 xalla 101-cidir.
 Qeyd edək ki, siyahıya 1727  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1726), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.

Digər xəbərlər