Qayıdaq xarabamıza! AÇ-2020-də nə işimiz var?

Qayıdaq xarabamıza! AÇ-2020-də nə işimiz var?
Futbol, Yazarlar
21 Noyabr 2018 - 23:00
Əbəs yerə deyilmir ki, football is more than just a game?

Futbol bir ictimai fenomendir.

Həm siyasətdir, həm diplomatiyadır. Futbol - həyatın özüdür. Ola bilsin, bu, birmənalı qarşılanmayacaq. Əslində, ksenofobiyanın bütün növlərindən uzağam. Dediyim nədir…

Bu cür oyunlar tək göstərilən futbolun keyfiyyəti ilə ölçülmür. Düzdü, Kosovonun heyətində ayrı ayrılıqda güclü ifaçılar çoxdu. Lakin bir futbol ölkəsi olaraq yenidilər.

Bizdə isə "kostyak" neçə ildi müəyyənləşib, demək olar ki, 6-7 futbolçu son illər daim bir yerdə çıxış edir. Bu da milli komandala səviyyəsində böyük üstünlükdür.

Bir çox kosovolı tanıyıram. Harda yaşasalar belə, patriotizm, milli ideya bunlar üçün həyat mənasıdı. Müasir Kosovo üçün futbol milli-etnik identifikasiya baxımından bir yoldu. Bu cür “ideynı” komandaları elə öz silahları ilə vurmaq lazımdır!

Tolerant, nordik xarakterli ölkə olan Farer adalarının yığmasına sırf futbol göstəriciləri ilə məğlub etmək mümkündür. Kosovonu isə əsla yox! Meydana çıxan futbolçularda ilk öncə milli ruh və ondan irəli gələn əzmkarlıq olmalıdır.

Analiz edək, Priştinada ən çox kimlərin ayaqları əsirdi? 1.Rüfət Dadaşov 2.Dmitri Nazarov 3.Riçard Almeyda. 4.Pavel Paşayev. Nəyə görə? Çünki adıçəkilən futbolçular başqa mühitdə böyüyüb.

Stadiondakı ajiotajı görəndən sonra ilk öncə özlərini qorumaq haqda düşünməyə başladılar. Rüfət öz-özünə deyir, Vojvoda ayaqlarımı qıracaq, həftəsonu da Almaniyada oyunum var. Mənə lazımdı özümü öldürmək?

Zədə alıb orda da heyətdən kənarda qalaram. Eləcə da Nazarov və diqər milliləşdirmiş futbolçularımız.

Demirəm legionerlərdən imtina edək. Onsuz, bizdə futbolçular yetişmir. Dediyim odu ki, həmin Nazarov Farer adaları kimi patriotik əhval-ruhiyyədə olmayan rəqiblərlə oyunda parlayır.

Bu cür ağır döyüşləri isə legionerlər yola verir. Və onları qınamaqdan da uzağam. Legioner hər yerdə legionerdi. Rusiya yığmasında çalışmış bir həkimə sual verirlər ki, iki komandanın hazırlıq, ustalıq səviyyəsi eynidisə, kim qalib gələcək?

Cavabı o olur ki, millinin matçlarında ayağı butsının altına qoymaq kimi anlayış var. Hansı komandanın futbolçuları bunu etməyə hazırdısa, onların şansı da daha çox olur.

Azərbaycan futbolunun yetirmələri da futbol oynamadılar. Amma Araz, Təmkin, elə Maksimdən fərqli olaraq, Almeyda heç vaxt milli səviyyədə başını butsının altına qoymaz!

Zəhmət çəkib, özümüz lazımı sayda futbolçu yetişdirərdik! Himnimiz oxumamışdan əvvəl Səlahətın səsi eşidilir ki, uşaqlar bir yerdə uca oxuyaq! Ay Səlahət, bu himni kiminlə oxuyacaqsan? Yanında Nazarov oldu, ya Tahir Kərimli, fərqi nədir?

Və bir də, vurulan hər iki qolda Rəşad Sadıqovun günahi var… Komandamızın bu cür oyunlarda lider ola biləcək bir patriot futbolçuya ehtiyacı var! Hansı ki, çətin anda komanda yoldaşlarını mandrajdan "ayılda" bilsin.

Kosovo bir çoxunun təqdim etdiyi kimi, möhtəşəm komanda deyil. Ən azından bizi darmadağın edəcək komanda deyil. Düşsünlər Gürcüstan ilə, əsl gücləri bilinəcək.

Bunu deməyə nə qədər ağır olsa da, oyunu Kosovo xalqı qazandı. Azarkeşlər oyunçularına elə motivasiya verdilər ki…

Futbolçuların özündə da milli ruh sanki "peredoz"dur. Bizimkilər da hay-huya düşüb, özlərini itirdilər. Daha bir vacib məqam - hamı bilir ki, futbolçularımız 3 gündən bir oynamaqa hazır deyil. Bunu ötən ay Farerlər-Malta cüt oyunlarında gördük,dünən də. İlk hissədə yenə dözürdülər, 60-dan sonra konkret "açıldılar".

Oyunu xilas etmək olardımı? Fasilədə radikal dəyişiliklər edib, oyuna Mirabdulla ilə Eminı salmaq lazım idi.

Bunlarla belə, bu cür əhval-ruhiyyə ilə şansımız yox idi. Bəlkə 4 yox, 3 qol buraxıb, əvəzində birini vurardıq.

Qurban Qurbanov nə dərəcədə günahkardır? Başqa məşqçi ilə bu qrupdan çıxardıqmı? Birmənalı nəsə deməyə çətinlik çəkirəm.

Dəqiq bildiyim odur ki, Qurbanov seçmə mərhələsində xeyli səhvlər etdi. İlk oyunda hücümda tərpənə belə bilməyən Ramil Şeydayevı, ikinci oyunda isə həyatda varlığı ilə yoxluğu bilinməyən Rauf Əliyevi oynatdı.

Evdəki Kosovo və Malta ilə oyunlarda rəqiblərə çox böyük sayğı ilə yanaşdır, bu da nəticəsi! Sonda isə Priştinada Odlar Yurdunu təmsil edən komandanı atəşfəşanlıqla yola saldılar.

Ümümiyyətlə, iki oyunun heç birində Maltanı uda bilməyən komandanın AÇ-2020-də nə işi var?

Qayıdaq xarabamıza! Həftəsonu «Dalğa Arena»da «Zirə» ilə «Sumqayıt» oynayır. Heç bilmirəm, bu dəfə orda ev sahibi kimdir…
ERKİN

Digər xəbərlər