Azərbaycandan Rusiyada 4 medal - Foto

Azərbaycandan Rusiyada 4 medal - Foto
Digər, Foto, Sambo
09 Oktyabr 2018 - 23:07


Supersport.Az-ın məlumatına görə, Rusiyanın Kazan şəhərində sambo üzrə "A" kateqoriyalı beynəlxalq turnirdə ölkəmiz uğur qazanıb.

Mötəbər yarışda 27 dövlətin 200-dən çox idmançısı mübarizə aparıb.

Azərbaycan yığması baş məşqçi Bəxtiyar Hacıyevin rəhbərliyində 4 gümüş və 1 bürünc medal qazanıb.

İdmançılarımızdan Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Abdulla Abdullayev (74 kq) ikinci, Fuad Məmmədov isə (62 kq) üçüncü olub.

Qeyd edək ki, turnirin qalibi olan samboçular beynəlxalq idman ustası adı, uğur qazananlar Avropa Oyunlarına reytinq xalı əldə ediblər.












Digər xəbərlər