Rövnəq Abdullayev: "Peşəkar Futbol Liqasını niyə ləğv etməliyik?" - Video

Rövnəq Abdullayev: "Peşəkar Futbol Liqasını niyə ləğv etməliyik?" - Video
Futbol, Eksklüziv, Video
07 Oktyabr 2018 - 23:57
Supersport.Az-a açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev Peşəkar Futbol Liqasının ləğv olunacağı ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Qurum rəhbəri, bununla əlaqədar sərt reaksiya verib:

"Peşəkar Futbol Liqasını niyə ləğv etməliyik? Bunu kim deyib? Bu, boş şeydir. PFL-in fəaliyyətindən razıyam".

R.Abdullayev, hakimlərlə bağlı komitələrin birləşdirilməsini və avstriyalı sabiq FİFA referisinin rəhbər gətirilməsini müsbət qiymətləndirib.

Bir müddət əvvəl AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik təyin olunub. Xaqani Məmmədov Hakimlər Komitəsi, Əli Hüseynov isə Hakim-İnspektorlar Komitəsindəki rəhbər vəzifələrini itiriblər.


Digər xəbərlər