Supersport.Az-ın məlumatına görə, dünya çempionu Ramil Quliyev sabah Almaniya paytaxtı Berlində başlayacaq 24-cü Avropa çempionatının 100 metrə yarışında iştirakdan imtina edib. Tanınmış atlet yerini Yiğitcan Həkimoğluna verib. R.Quliyev finalla birlikdə iki gündə üç yarışda mübarizə aparmalıydı. Dünya çempionu favorit olduğu 200 metr məsafəyə qaçmağı seçib. Ulduz idmançı bayraq yarışında – 4×100 metrdə də mücadilə edəcək.
