Samboçularımız növbəti sınaq qarşısında

Samboçularımız növbəti sınaq qarşısında
Digər, Sambo
27 İyun 2018 - 19:27





Supersport.Az-ın məlumatına görə, sambo yığmamız Qazaxıstanın paytaxtı Astanada prezident Nursultan Nazarbayevin şərəfinə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Mötəbər yarış iyunun 29-dan 2 iyula qədər olacaq.

Qazaxıstanda "A" kateqoriyalı turnir 2019-ci il Belarusda təşkil olunacaq Avropa Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Astanadakı yarışda 9 çəki dərəcəsinin 4-ündə ölkəmiz təmsil olunacaq. Yarışda respublikamızdan Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq), Samir Kərimov (74 kq) və Ceyhun Hüseynov (82 kq) mübarizə aparacaq.

Bu haqda Supersport.Az-a sambo millimizin baş məşqçisi, beynəlxalq dərəcəli idman ustası Bəxtiyar Hacıyev məlumat verib.

42 yaşlı çalışdırıcı, bəzi çəkilərdə təmsil olunmamağın səbəbini belə izah edib:

"Dünya reytinqində iki çəkidə samboçularımız ikinci pillədə qərarlaşdığı üçün onları bu yarışa aparmağa ehtiyac yoxdur. Siyahıda ilk 8 yerdə olan idmançılar Avropa Oyunlarında iştirak etmək hüququ qazanırlar. Dünya reytinqində bu sıraya düşə biləcək samboçularımızı aparmağa qərar vermişik".

Məlumat üçün bildirək ki, Beynəlxalq Sambo Federasiyasının dünya reytinqində Dünya Kubokunun son qalibləri, Avropa çempionatının bürünc medalçıları - Mehman Xəlilovla (57 kq, 1080 xal) Emil Həsənov (68 kq, 1390 xal) ikincidir. 62 kq-da Cavidan Qarayev (363,5 xal) 14-cü, 52 kq-da Ağasif Səmədov (363 xal) 16-cı pillədə qərarlaşıb.







Digər xəbərlər