Patimat Abakarovadan məğlubiyyət açıqlaması

Patimat Abakarovadan məğlubiyyət açıqlaması
Digər, Taekvondo
11 May 2018 - 00:24
Supersport.Az-ın məlumatına görə, Rusiyanın Kazan şəhərində taekvondo üzrə keçirilən Avropa çempionatının bürünc mükafatçısı Patimat Abakarova fikirlərini bildirib.

"İlk rəqibim olan bolqar idmançısına qalib gəldim. Növbəti döyüşdə isə yerli taekvondoçu Svetlana Iqumenovaya qarşı keçirdim. Düzünü desəm rəqibim güclü və həm də yerli olduğuna görə döyüşün ağır keçəcəyini gözləyirdim. Amma onu məğlub etmək heç də çətin olmadı. Lakin xorvatiyalı idmançıya məğlub oldum. Qızıl medal qazanacağıma inanırdım. Yenə də medalsız qalmadığıma görə sevinirəm. Məni dəstəkləyənlərə öz təşəkkürümü bildirirəm. Yarış hələ davam edir və komanda yoldaşlarıma uğurlar arzulayıram".

Digər xəbərlər