Taekvondoçumuz dünya çempionu oldu - Foto

Taekvondoçumuz dünya çempionu oldu - Foto
Digər, Taekvondo
12 Aprel 2018 - 14:08
Tunisin Hammamet şəhərində gənclər arasında dünya birinciliyi davam edir.

Supersport.Az-ın məlumatına görə, mundialda mübarizə aparan gənc milli yığma komandamızın daha bir üzvü möhtəşəm uğura imza atıb.

Belə ki, 63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavad Ağayev pakistanlı Əşrəf Əhmədi  (29:6), amerikalı Xalfani Harrisi (7:6), koreyalı Ho-Jun Jini (17:11)və efiopiyalıTariku Qirmanı (20:3) yarışdan kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib. Yarımfinal mərhələsində də İranlı Erfan Muradiilə döyüşdən 17:12 hesabı ilə qalib ayrılan  Cavad finalda İtaliya təmsilçisi Qabriel Kauloilə qarşılaşıb. Gərgin keçən həlledici döyüşdə də 14:13 hesablı qələbə qazanan həmvətənimiz yarışın qızıl medalına sahib olub.

Qeyd edək ki, Cavad italyan idmançı ilə bir neçə gün öncə keçirilən lisenziya turnirində qarşı qarşıya gəlmişdi. Həmin döyüşdə qalib rəqib olmuşdu.

Beləliklə, gənc millimiz dünya birinciliyində aktivinə ikinci medalı əlavə edib. Bir gün öncə isə Xanoğlan Kərimov (-51 kq) finala kimi inamla irəliləsə də, həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurmuşdu.

Xatırladaq ki, 120 ölkədən 962 gənc taekvondoçunun iştirak etdiyi birinciliyi aprelin 13-də yekunlaşacaq.





Digər xəbərlər