Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib.
Supersport.Az xəbər verir ki, “Azərreyl” komandası mövsümün başa çatmasına 3 tur qalmış çempionluğunu bayram edib. Belə ki, Super Liqanın doqquzuncu turunda “Azərreyl” komandası “Abşeron”a 3:1 hesabı ilə qalib gələrək çempionluğunu rəsmiləşdirib. Hesabındakı xalların sayını 27-yə çatdıran “Azərreyl” rəqibləri üçün əlçatmaz olub.
Qeyd edək ki, bu, “Azərreyl”in ikinci ölkə çempionluğudur.