Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Bayern” – “Beşiktaş” oyunu dünyanın diqqətində olacaq.
Bütün biletləri satılan matçı televiziyada 120 ölkədən 500 milyon tamaşaçının izləyəcəyi gözlənilir.
Qarşılaşma sabah, fevralın 20-də 75 min yerlik “Alyans Arena” stadionunda Bakı vaxtilə saat 23:45-də başlayacaq.