"Bu məğlubiyyət canımızı çox yandırdı" - Zidan

"Bu məğlubiyyət canımızı çox yandırdı" - Zidan
Futbol
23 Dekabr 2017 - 20:03
Supersport.Az-ın məlumatına görə, "Barselona"ya məğlub olan "Real Madrid"i çalışdıran Zinədin Zidan açıqlama verib.

"İlk hissəni yaxşı keçirdik və qol vursaydıq fərqli oyun olacaqdı. Bunu bacara bilmədik, çox ağır məğlubiyyətlə üzləşdik. Futbolda belə hal olur. İkinci hissədə pis oynamadıq. Qırmızı vərəqədən sonra addım atmaqda çətinliklə qarşılaşdıq. 14 xal geri qalmaqdan danışmaq istəmirəm. Bununla başımıza fəlakət gəldi. Bu məğlubiyyət canımızı çox yandırdı. Ancaq sona kimi  mübarizə aparmalıyıq. La Liqanın ikinci dövrəsi oynanılmadan çempionluq məlum deyil. Ən yaxşı şəkildə çalışacağıq. Çempionluq itirilsə, bütün diqqət Avropa yarışına yönəldiləcək" - deyə, 45 yaşlı mütəxəssis bildirib.

Digər xəbərlər