Karateçilərimizdən 1 qızıl, 2 bürünc medal

Karateçilərimizdən 1 qızıl, 2 bürünc medal
Karate, Digər
13 Noyabr 2017 - 11:55
Polşanın Kielse şəhərində karatenin kyokşin və şinkyokşin növləri üzrə kadetlər, 16 və 22 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilib.

Azərbaycan Kyokşin Karate Federasiyasından Supersport.Az-a bildirilib ki, 33 ölkənin iştirak etdiyi çempionatda milli federasiyanın vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında ölkəmizi qızların yarışında Solmaz Zeynallı (60 kq), oğlanların mübarizəsində isə Niyaməddin Əliyev (65 kq), Eltac Hümbətov, Kərəm Fərhadov (hər ikisi 75 kq), Kərim Eyyubov (80 kq), Rüfət Babayev, Turan Şirinov (hər ikisi 85 kq) təmsil ediblər.

Təmsilçimiz Eltac Hümbətov Danimarka, Litva, Gürcüstan, Ukrayna və finalda İsveç idmançısına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turan Şirinov və Solmaz Zeynallı isə Avropa çempionatının bürünc medalını qazanıblar.

Qeyd edək ki, turnirə Azərbaycandan olan beynəlxalq dərəcəli hakimlər Mübariz Məlikov, Qabil Sayadov və Mehdi Əhmədov dəvət alıblar.


Digər xəbərlər