WBC versiyası üzrə dünya çempionunun rəqibi dəyişib

WBC versiyası üzrə dünya çempionunun rəqibi dəyişib
Digər, Boks
05 Oktyabr 2017 - 21:54
Superağır çəki dərəcəsində WBC versiyası üzrə dünya çempionu Deontey Uaylder kanadalı Bermeyn Stivernlə rinqə çıxacaq.

Supersport.Az xəbər verir ki, bu qərar WBC-nin Bakıda keçirilən konqresi çərçivəsində qəbul edilib. Təşkilatın rəhbəri dopinq aşkar edilən Luis Ortisi döyüşə buraxmayıb və onun yerini B.Stivern tutub.

D.Uaylder və B.Stivern 2015-ci ilin yanvarında görüşüblər. O zaman D.Uaylder rəqibinə xal hesabı ilə qalib gəlib və WBC kəmərini ondan alıb. Qeyd edək ki, L.Ortisin dopinq insidenti baş verməzdən əvvəlki vəziyyətə görə, B.Stivern noyabr ayında Bruklində “Barclays Center” arenasında D.Uaylder ilə andekarta (əsas görüşdən əvvəlki döyüş) çıxmalı idi. (azərtac)

Digər xəbərlər