Supersport.Az-ın məlumatına görə, beynəlxalq qurum 9 ölkə haqda sərt qərar verib.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008 və 2012-ci il olimpiadalarında 3 atleti dopinqli çıxan Türkiyə, həmçinin Azərbaycan, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya və Ukraynanın 1 il müddətində yarışlarda iştirakını qadağan edib.
Qeyd edək ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti, AZAL-ın rəhbəri Cahangir Əsgərovdur.