"Qarabağ"ın Londonda məşqinin vaxtı müəyyənləşdi

"Qarabağ"ın Londonda məşqinin vaxtı müəyyənləşdi
Futbol
11 Sentyabr 2017 - 15:35
Çempionlar Liqasının qrup mərhələsinin ilk matçları çərçivəsində "Qarabağ" sabah səfərdə İngiltərənin "Çelsi" klubunun qonağı olacaq.

Bu gün Bakı vaxtıyla saat 21:15-də baş məşqçi Qurban Qurbanov media mənsublarının suallarını cavablandıracaq.

Bakı vaxtıyla saat 21:45-də isə komanda qarşılaşmanın keçiriləcəyi "Stamford Bridge" stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, "Çelsi" – "Qarabağ" matçı sabah saat 22:45-də start götürəcək.

Digər xəbərlər