Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Kopenhagen” oyununu azarkeş ordusu izləyəcək.
Stadionun kassalarından əməkdaşımıza bildirilib ki, artıq 28 min bilet alınıb. Qalan biletlər sabah satışa çıxarılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu 31 min 200 tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşlaşma sabah saat 20:00-da başlayacaq.